"Lufthansa" aviaşirkəti 800 reysi ləğv edəcək

"Lufthansa" aviaşirkəti 800 reysi ləğv edəcək Bakı. 9 aprel. REPORT.AZ/ Almaniyanın Lufthansa aviaşirkəti hava limanlarındakı tətillərə görə 800 reysi ləğv edəcək.
Biznes
9 Aprel , 2018 17:13
Lufthansa aviaşirkəti 800 reysi ləğv edəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkəti hava limanlarındakı tətillərə görə 800 reysi ləğv edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, sabah ölkənin Frankfurt, Münhen və Köln şəhərlərindəki aeroportların işçiləri tətil edəcək.

Aviasiya heyəti əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. 

Aprelin 11-dən isə aviaşirkət reysləri qrafik üzrə həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi