Londondakı “The Ritz Hotel” səudiyyəli investorlara satıla bilər

Londondakı “The Ritz Hotel” səudiyyəli investorlara satıla bilər Londondakı məşhur “The Ritz Hotel” mehmanxanası Səudiyyə Ərəbistanından olan özəl investisiya fonduna satıla bilər.
Biznes
21 Yanvar , 2020 16:13
Londondakı “The Ritz Hotel” səudiyyəli investorlara satıla bilər

Londondakı məşhur “The Ritz Hotel” mehmanxanası Səudiyyə Ərəbistanından olan özəl investisiya fonduna satıla bilər.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Məlumata görə, bu baş verərsə, beşulduzlu hotelin sahibi son 25 ildə ilk dəfə dəyişəcək. Belə ki, hazırda məşhur mehmanxana 1995-ci ildə onu 75 milyon funt sterlinqə satın alan milyarder Barkley qardaşlarına məxsusdur. FT-nin məlumatına görə, qardaşlar bir neçə həftədir potensial alıcılarla danışıqlar aparırlar.

Qəzet mənbələrindən birinin verdiyi bilgilərə əsasən yazıb ki, qiymət barədə razılığa gələ bilmədiklərinə görə namizədlərin bəziləri artıq siyahıdan çıxarılıb. Hazırda bir neçə varlı Səudiyyə ailəsinin maraqlarını təmsil edən “Sidra Capital” investisiya fondu saziş imzalanması üçün ən yaxın şanslı görünür. Eyni zamanda mənbələrdən biri qardaşların yalnız 750 milyon funt sterlinqdən yüksək təklifləri nəzərdən keçirəcəklərini iddia edib.

Məsələ ilə bağlı nə Barkley qardaşları, nə də “Sidra Capital” rəsmi açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi