Londonda elit mənzillərə tələbat azalmır

Londonda elit mənzillərə tələbat azalmır “Brexit” və COVID-19 pandemiyası kimi mənfi amillərə baxmayaraq, Londonda orta qiyməti 10 milyon funt civarında olan elit mənzillərə maraq azalmayıb.
Biznes
13 Aprel , 2020 19:39
Londonda elit mənzillərə tələbat azalmır

“Brexit” və COVID-19 pandemiyası kimi mənfi amillərə baxmayaraq, Londonda orta qiyməti 10 milyon funt civarında olan elit mənzillərə maraq azalmayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, “Knight Frank” əmlak məsləhətçi şirkətinə görə, cari ilin üç ayı ərzində paytaxtda dəbdəbəli əmlakla bağlı 28 alqı-satqı müqaviləsi imzalanıb.

Belə ki, 2017-2019-cu illər ərzində sözügedən bazarda satılan mənzillərin sayı 133-dən 96-dək azalsa da, bu ilin birinci rübündə ortaya çıxan artımın mümkün səbəbi kimi daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarındakı vergilərin cari ilin ortalarında gözlənilən artımı göstərilir.

Bununla yanaşı, cari ilin yanvar-mart dövrü ərzində paytaxtın mərkəzindəki bahalı mənzillər 0,2 faiz, bəzi ərazilərdə isə 0,5 faiz bahalaşıb. Bu da son dörd il ərzində ən böyük qiymət artımıdır.

Son xəbərlər

Orphus sistemi