Lənkəranda gənclər üçün treninq keçirilib

Lənkəranda gənclər üçün treninq keçirilib Treninq Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub
Biznes
4 Aprel , 2017 19:56
Lənkəranda gənclər üçün treninq keçirilib
courtesy image

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, "Kənd təsərrüfatında logistika” və “Korporativ idarəetmə” mövzularını əhatə edən treninqdə logistikanın məqsədi, logistik mərkəzlərin yaradılması, Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri və s. barədə məlumat verilib. 

Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində mövzulara dair təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi