“Leather Art” - əlverişli qiymətə keyfiyyət zəmanəti - FOTO

“Leather Art” - əlverişli qiymətə keyfiyyət zəmanəti - FOTO Bakıda yerli istehsalçının satış dükanı açılıb
Biznes
1 Aprel , 2019 13:42
“Leather Art” - əlverişli qiymətə keyfiyyət zəmanəti - FOTO
0 : 00
0 : 00

Son illər Azərbaycan istehlakçıları arasında yerli mallara üstünlük vermək meyli getdikcə artır. Bununla əlaqədar yerli brendlərin satışını həyata keçirən dükanların da sayı durmadan artmaqdadır.

Yerli istehsal olan məhsulların daha bir satış mərkəzi olan “Leather Art” şou-rum Bakının tarixi mərkəzindəki qədim Passage 1901 binasında açılıb. Burada “Made in Azerbaijan” loqolu “Leatherart” və “Casual” brendləri təklif olunur.

Paytaxt sakinləri, xüsusilə də fashion sektoru təmsilçiləri tərəfindən böyük maraqla qarşılanan açılış mərasimində “Report” da iştirak edib və dükanın marketinq direktoru İnarə Babayeva ilə söhbət edib.

O deyib: “Dükanımızda dəri ayaqqabılar və aksesuarları təqdim olunacaq. Bütün ayaqqabılar əl işidir. Azərbaycanda bu qədər keyfiyyətli məhsul istehsalını yoluna qoymağı bacardığımızla fəxr edirik. Bu eksklüziv brend çox maraqlıdır və Azərbaycana layiqdir”. 

Direktor alıcılara həm klassik, həm də gündəlik ayaqqabılar təklif etdiklərini diqqətə çatdırıb: “Hər kəs bizdə zövqünü oxşayan model tapa biləcək. Həmçinin fərdi qaydada da ayaqqabı tikişini həyata keçiririk. Bundan əlavə, müştəri satışdakı məhsullardan seçim edərək arzuladığı elementləri əlavə də etdirə bilər. Ayaqqabı üçün dəri xammalını müxtəlif ölkələrdən tədarük edirik. Məsələn, timsah, piton, maral dərisi, nubuk və s. ola bilər”.

Onun sözlərinə görə, hər bir alıcını daha çox məhsulun keyfiyyəti və qiyməti maraqlandırır: "Bu mənada “Leather Art” geniş seçim imkanları təqdim edir. Bizdəki qiymətlər ən geniş təbəqəni nəzərdə tutur. Belə ki, iki qiymət xəttimiz var. Fərdi tikilən məhsulları əhatə edən “Leathart” xəttində qiymətlər 120 manatdan, daha çox kütləvi istehsal olunan ayaqqabıları əhatə edən “Casual”da da qiymətlər 60-70 manatdan başlayır. “Leather Art” şou-rum ayaqqabı satışında ixtisaslaşsa da, burada “Golyrobe” brendinə aid qadın və kişi geyimləri də təqdim olunur. Beləliklə, alıcı dəbə və zövqünə uyğun gündəlik geyim seçə bilər".

“Biz xalqımıza layiq olan, Avropadakı oxşar nümunələrdən heç də geri qalmayan keyfiyyətli məhsul istehsal etməyə çalışırıq. Ayaqqabılarımızı yerli ustalar tikir, hamısı müəllif işidir, hər bir model ürəklə, şövqlə hazırlanır”, - dükan rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi