Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyir - ƏLAVƏ OLUNUB

Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyir - ƏLAVƏ OLUNUB İlk xəbər saat 16:26-da verilib
Biznes
30 Oktyabr , 2019 17:13
Latviyanın süd məhsulları istehsalçıları Azərbaycan bazarına çıxmaq istəyir - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 16:26-da verilib

Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.

"Report" xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.

Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.

“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, - deyə o qeyd edib. 

***

Təqdimatda həmçinin bildirilib ki, Latviya süd məhsullarının ixracını genişləndirmək üçün hədəf kimi seçdiyi 5 ölkənin siyahısına Azərbaycanı da daxil edib. Digər 4 ölkə isə İsrail, BƏƏ, ABŞ və Çindir. Bu ölkələrə ixrac "Süd çayı" layihəsi çərçivəsində genişləndiriləcək. 

Son xəbərlər

Orphus sistemi