​Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib

​Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib Sahibkarlara biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti barədə ətraflı məlumatlar verilib
Biznes
22 Sentyabr , 2015 19:32
​Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Kürdəmirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Nazirlikdən “Report”a bildirilib ki, sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün keçirilən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi və s. barədə ətraflı məlumatlar verilib.

Tədbirdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az,www.b2b.az portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi