Korporativ idarəetmə üzrə işçi qrupun növbəti iclası keçirilib

Korporativ idarəetmə üzrə işçi qrupun növbəti iclası keçirilib “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə işçi qrupun növbəti iclası keçirilib.
Biznes
7 Dekabr , 2021 12:28
Korporativ idarəetmə üzrə işçi qrupun növbəti iclası keçirilib

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə işçi qrupun növbəti iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, onlayn formatda keçirilən iclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, o cümlədən Mülki, Mülki Prosessual və Vergi məcəllələrinə təklif edilən dəyişikliklər və digər məsələlər, qarşıda duran mühüm vəzifələr müzakirə olunub. Bununla yanaşı, işçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinə daxil edilməsi təklif olunan bir sıra məsələlər, eləcə də şirkətlərdə elektron sənəd dövriyyəsinin təşkili, elektron imzadan istifadə, səhmdarların birjadankənar əməliyyatların, alqı-satqı əqdlərinin notarial qaydada rəsmiləşdirilməsi zamanı qarşılaşdıqları problemlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə yanaşı, özəl sektorun, o cümlədən “Deloitte & Touche”, “PwC Azerbaijan” şirkətlərinin və digər təşkilatların nümayəndələri yaxından iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi