Koronavirusa qarşı antiseptik vasitələrin istehsalına başlanılıb

Koronavirusa qarşı antiseptik vasitələrin istehsalına başlanılıb Fransanın lüks məhsullar istehsalı sahəsində liderlərdən biri LVMH şirkəti bu gündən antiseptik xassəli əl kreminin istehsalına başladıqlarını açıqlayıb.
Biznes
16 Mart , 2020 16:51
Koronavirusa qarşı antiseptik vasitələrin istehsalına başlanılıb

Fransanın lüks məhsullar istehsalı sahəsində liderlərdən biri LVMH şirkəti bu gündən antiseptik xassəli əl kreminin istehsalına başladıqlarını açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, yeni məhsul Fransa hökumətinə, habelə Avropanın ən böyük “Assistance Publique-Hopitaux de Paris” xəstəxanalar şəbəkəsinə təqdim ediləcək.

“Bu təşəbbüslə LVMH həmin məhsulun Fransadakı qıtlığına son qoymaqda, daha çox insana virusdan qorunmaqda kömək etmək niyyətindədir. Qrupumuz götürdüyü öhdəlikləri Fransa hökuməti ilə əməkdaşlıq çərçivəsində zəruri olduqca yerinə yetirməyə hazırdır”, - deyə şirkətin açıqlamasında qeyd olunub. 

Ən son məlumata görə, Fransada koronavirusa fəal yoluxma hallarının sayı 5 284, ölənlərin sayı isə 127 nəfərdir.

Qeyd edək ki, LVMH rəhbəri Bernar Arnonun varidatı ötən həftə 14 milyard ABŞ dolları azalaraq 84,6 milyard dollara düşüb. Bu baxımdan o, ən böyük maliyyə itkilərilə üzləşmiş zənginlərin reytinqinə başçılıq edir. Halbuki iki ay əvvəl B.Arno 100 milyard ABŞ dollarından artıq varidatı ilə dünyanın ən zəngin insanı olmuşdu.

Son xəbərlər

Orphus sistemi