Koronavirus Gürcüstanda 100 min nəfərin gəlirini itirməsi ilə nəticələnib

Koronavirus Gürcüstanda 100 min nəfərin gəlirini itirməsi ilə nəticələnib Koronavirus (COVID-19) pandemiyası Gürcüstanda təxminən 100 min nəfəri gəlirdən məhrum edib.
Biznes
12 Oktyabr , 2020 15:57
Koronavirus Gürcüstanda 100 min nəfərin gəlirini itirməsi ilə nəticələnib

Koronavirus (COVID-19) pandemiyası Gürcüstanda təxminən 100 min nəfəri gəlirdən məhrum edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.

Onun sözlərinə görə, builki iqtisadi geriləmə özəl sektorda fəaliyyət göstərən işçilərin sayına təsirsiz ötüşməyib.

Bununla belə, nazir müavini gələn il muzdlu işçilərin sayının artacağını və azı 20 min nəfərin gəlirlərini bərpa edəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi