Koreyanın məşhur avtomobil istehsalçısı iflas edib

Koreyanın məşhur avtomobil istehsalçısı iflas edib Cənubi Koreyanın “SsangYong” şirkətinin rəhbərliyi Seul məhkəməsində iflas olmaqla bağlı iddia qaldırıb
Biznes
690
22 Dekabr , 2020 18:02
Koreyanın məşhur avtomobil istehsalçısı iflas edib

Cənubi Koreyanın “SsangYong” şirkətinin rəhbərliyi Seul məhkəməsində iflas olmaqla bağlı iddia qaldırıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Bildirilib ki, bu, koreyalıların kreditorlara 54,4 milyon ABŞ dolları məbləğində olan növbəti borcunu ödəyə bilməməsindən sonra baş verib.

Yerli hakimiyyət orqanlarının 75 %-i Hindistanın “Mahindra & Mahindra” şirkətinə məxsus olan müəssisəni dəstəkləyib-dəstəkləməyəcəyi hələ də sual altındadır. İndi Koreya hökuməti yalnız “Ssangyong”un yerli ehtiyat hissələri təchizatçılarına maliyyə yardımı göstərmək imkanlarını nəzərdən keçirir.

“Mahindra & Mahindra”ya gəlincə, Hindistanın bu konserninin özü hazırda COVID-19 pandemiyası fonunda maliyyə problemləri yaşayır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında “SsangYong”un avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 %-dən çox azalıb. Şirkətin son premyerası yenilənmiş “Rexton” krossoveri olub.

Son xəbərlər

Orphus sistemi