Koreyalılar Azərbaycanın sahibkar qadınlarının marifləndirilməsini dəstəkləyib

Koreyalılar Azərbaycanın sahibkar qadınlarının marifləndirilməsini dəstəkləyib Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının iştirakı və 5 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə
Biznes
201
3 Sentyabr , 2021 19:27
Koreyalılar Azərbaycanın sahibkar qadınlarının marifləndirilməsini dəstəkləyib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının iştirakı və 5 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə Sabirabad şəhərində “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib.

Bu barədə "Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Təlimlərə regionda fəaliyyət göstərən qadın sahibkarlar qatılıb. Tədris Mərkəzinin əməkdaşları tərəfindən qadın sahibkarlar üçün “Vergi məsuliyyəti və maliyyə sanksiyaları”, “Sadələşdirilmiş vergi” və digər mövzularda təqdimatlar keçirilib. Təlimlər zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılıb. Təlimlərdə səsləndirilən suallar ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi