Koreya Universitetinin professoru: "Yeni iqtisadi rayonların yaradılması azad edilmiş torpaqlara investisiya cəlb edəcək"

Koreya Universitetinin professoru: "Yeni iqtisadi rayonların yaradılması azad edilmiş torpaqlara investisiya cəlb edəcək" Yeni iqtisadi regionların yaradılması “Dağlq Qarabağ” termininin tarixə qovuşduğundan xəbər verir.
Biznes
148
9 İyul , 2021 18:08
Koreya Universitetinin professoru: Yeni iqtisadi rayonların yaradılması azad edilmiş torpaqlara investisiya cəlb edəcək

"Yeni iqtisadi rayonların yaradılması “Dağlq Qarabağ” termininin tarixə qovuşduğundan xəbər verir".

Bu fikirləri “Report”a Cənubi Koreyanın Hanquk Universitetinin professoru Rövşən İbrahimov Azərbaycanda yeni iqtisadi regionların yaradılmasını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur kimi iki yeni iqtisadi rayonun yaradılması tamamilə tarixi amillərə cavab verir və nəinki vacib siyasi əhəmiyyət kəsb edir, həm də bu ərazilərin iqtisadi potensialının açılmasına şərait yaradacaq:

“Bundan əlavə, ümumilikdə fəaliyyət üzrə iqtisadi sərhədlər üst-üstə düşür. İşğaldan azad edilmiş rayonların daxil olduğu 2 yeni iqtisadi zonanın yaradılması Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə olaraq bu ərazilərin ölkə təsərrüfatına cəlb ediləcəyindən xəbər verir”.

Yeni iqtisadi rayonların yaradılmasından sonra bu regionların inkişaf perspektivləri haqqında danışarkən R.İbrahimov deyib: “Azərbaycanın ümumi iqtisadi siyasəti baxımından şübhəsiz ki, hazırda ölkə regionlarının özünü təmin etməsi, yəni dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın azaldılması tendensiyası müşahidə olunur.

Bundan savayı, bu rayonlara daxili və xarici investisiyaların cəlb edilməsi üçün işlər aparılır. Bu baxımdan da yeni iqtisadi rayonlara bölünmə investisiyaların cəlb edilməsinə şərait yaradır, belə ki, bu, ümumi məhsul istehsalına yönəlmiş məqsədli investisiyalar olacaq”.

Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev "İqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Son xəbərlər

Orphus sistemi