Kolumbiya səfirliyi azərbaycanlı iş adamlarını biznes forumda iştiraka dəvət edib

Kolumbiya səfirliyi azərbaycanlı iş adamlarını biznes forumda iştiraka dəvət edib Kolumbiyanın Azərbaycandakı səfirliyi yerli iş adamlarını martın 22-23-də Kolumbiyada 3 mindən çox şirkətin iştirakı ilə keçiriləcək biznes forumda iştiraka dəvət edib.
Biznes
31 Yanvar , 2023 17:22
Kolumbiya səfirliyi azərbaycanlı iş adamlarını biznes forumda iştiraka dəvət edib

Kolumbiyanın Azərbaycandakı səfirliyi yerli iş adamlarını martın 22-23-də Kolumbiyada 3 mindən çox şirkətin iştirakı ilə keçiriləcək biznes forumda iştiraka dəvət edib.

Bu barədə “Report”a səfirlikdən bildirilib.

Məlumata görə, martda Kolumbiyada ən mühüm beynəlxalq tədbirlərdən biri olan “Macrorruedas 95" biznes forumu baş tutacaq. Bu, Kolumbiyanın Ticarət, Sənaye və Turizm Nazirliyini hazırladığı, müxtəlif iqtisadi sektorlardan bir başa əlaqə qurula biləcək 1 500-dən çox kolumbiyalı ixracatçının iştirak edəcəyi əsas beynəlxalq ticarət təşviqi tədbiridir. Forumda üzbəüz görüşlərlə yanaşı, xüsusi proqramlar çərçivəsində işgüzar səfərlər və onlayn formatda görüşn keçirilməsi imkanı olacaq.

Son xəbərlər

Orphus sistemi