KOBİA Səudiyyə Ərəbistanın KOB-ları ilə əlaqələri genişlədirir

KOBİA Səudiyyə Ərəbistanın KOB-ları ilə əlaqələri genişlədirir Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib
Biznes
15 Dekabr , 2021 13:26
KOBİA Səudiyyə Ərəbistanın KOB-ları ilə əlaqələri genişlədirir

Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanın Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında görüş keçirilib.

Bu barədə “Report” KOBİA-ya istinadən xəbər verir.

Bildirilib ki, görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələri arasında əlaqələrin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi