KOBİA-nın şirkəti nizamnamə kapitalını azaldır

KOBİA-nın şirkəti nizamnamə kapitalını azaldır İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC nizamnamə kapitalını azaldığını elan edib.
Biznes
17 mart 2023 07:38
KOBİA-nın şirkəti nizamnamə kapitalını azaldır

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkət kapitalını nə qədər azaltdığını açıqlamayıb. Yalnız o məlumdur ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, 2020-ci ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Son xəbərlər

Orphus sistemi