KOBİA-nın dəstəyi ilə “Miniboss Business School” layihəsi reallaşacaq

KOBİA-nın dəstəyi ilə “Miniboss Business School” layihəsi reallaşacaq Bu proqram Azərbaycanda uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaq.
Biznes
179
31 Avqust , 2020 11:03
KOBİA-nın dəstəyi ilə “Miniboss Business School” layihəsi reallaşacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi-Tədqiqat Mərkəzinin “Miniboss Business School” proqramının ölkəmizdə həyata keçirilməsinə dəstək göstərəcək.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, uşaq və yeniyetmələrə biznesin əsaslarını tədris edən “Miniboss Business School” proqramı Fransa, Ukrayna, Litva, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Filippin, İndoneziya, Bolqarıstan, Qazaxıstan və digər ölkələrdə rəsmi nümayəndəliklərə və franşiza əsasında fəaliyyət göstərən biznes məktəblərinə malikdir.

Bu biznes məktəbləri xüsusi tədris proqramı və metodologiyası 8 kursdan ibarət olmaqla biznes ideyaların inkişafı, innovasiyaların nəzəriyyəsi və praktikası, kommunikasiyalar, danışıqların aparılması, mentorinq və digər sahələrdə gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edir.

“Miniboss Business School” proqramı Azərbaycanda da uşaqların, yeniyetmə və gənclərin erkən yaşlarda biznes və sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsində əhəmiyyətli olacaq (https://baku.miniboss-school.com/).

Ölkəmizdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, ömürboyu öyrənmək və milli profilli sahibkarlıq mədəniyyətinin formalaşdırılması istiqamətində müxtəlif tədris proqramlarının və dərsliklərin hazırlanması, digər tədbirlərin reallaşdırılması prosesində iştirak edən KOBİA “Miniboss Business School” proqramının yerli sahibkarlar tərəfindən həyata keçirilməsini dəstəkləyir. Agentlik həmçinin, proqram çərçivəsində biznes üzrə master-klassların, müxtəlif sahələrdə uğur qazanmış iş adamları tərəfindən mühazirələrin təşkili, tədris prosesinə qadın və gənc sahibkarların, eləcə də həssas kateqoriyadan olan sahibkarların cəlb edilməsinə dəstək göstərəcək.

Son xəbərlər

Orphus sistemi