İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edir.
Bu barədə “Report”a KOBİA-dan bildirilib.
Məlumata görə, elan edilmiş müsabiqəyə sənəd qəbulu dekabrın 14-ü saat 18:00-da başa çatır.
KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron (
Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları Agentliyin saytından (
Müsabiqənin nəticələri 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın