KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib

KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olan “Kiçik Biznes üzrə Beynəlxalq Şura”ya (The International Counci
Biznes
11 Noyabr , 2021 11:11
KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olan “Kiçik Biznes üzrə Beynəlxalq Şura”ya (The International Council for Small Business - ICSB) üzv qəbul edilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

1955-ci ildən etibarən fəaliyyət göstərən və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirən ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir.

KOBİA ICSB ilə KOB-lara dəstək sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin digər təşkilatlara çatdırılması, təşkilata üzv olan digər qurumlarla əlaqələrin inkişafı və s. istiqamətlərdə əməkdaşlıq edəcək.

Son xəbərlər

Orphus sistemi