KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün 945 müraciət daxil olub"

KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün 945 müraciət daxil olub" İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən KOBİA-ya 945 müraciət daxil olub.
Biznes
24 Yanvar , 2022 13:14
KOBİA: İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün 945 müraciət daxil olub
Orxan Məmmədov

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərindən KOBİA-ya 945 müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin müraciətlərdən 446-sı investisiya layihələrini, 499 -u isə digər iş və xidmət sahələrini əhatə edir: "Müraciətlərin 27 %-i tikinti işlərinin, 27 %-i ticarət və xidmət sahələrinin, 21 %-i sənayenin, 18 %-i kənd təsərrüfatının, 7 %-i isə turizm, səhiyyə, təhsil sahələrini əhatə edir".

O. Məmmədov vurğulayıb ki, isgaldan azad edilmiş ərazilərdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişaf imkanları genişdir.

Son xəbərlər

Orphus sistemi