KOBİA ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib

KOBİA ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz - regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin
Biznes
6 sentyabr 2022 09:28
KOBİA ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz - regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin baş beynəlxalq eksperti Stiv Allen ilə görüşüb.

Bu barədə "Report" KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə aqrar və qida sektorlarının ölkə iqtisadiyyatının dəyər zəncirində əhəmiyyətli rol oynamaqla yanaşı, KOB-ların fəaliyyəti baxımından da vacib sektorlar olduğu vurğulanıb. Agentliyin aqrar və qida sektorlarında çalışan KOB-lara göstərdiyi dəstək və xidmətlər diqqətə çatdırılıb, müvafiq layihə çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi