KOBİA: "I yarımildə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib"

KOBİA: "I yarımildə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib" Bu ilin I yarısında “Startap” şəhadətnaməsinin verilməsi üçün 46 mikro və kiçik sahibkar İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.
Biznes
19 İyul , 2022 10:54
KOBİA: I yarımildə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin I yarısında “Startap” şəhadətnaməsinin verilməsi üçün 46 mikro və kiçik sahibkar İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro sahibkara şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi kənd təsərrüfatı, aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, inovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üçün təqdim edilib.

Ümumilikdə isə indiyə qədər 44 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Son xəbərlər

Orphus sistemi