KOBİA 20 fermerin Kürdəmirdəki aqroparka infoturunu təşkil edib

KOBİA 20 fermerin Kürdəmirdəki aqroparka infoturunu təşkil edib İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir, Şəmkir-Gədəbəy və Daşkəsən-Göygöl KOB inkişaf mərkəzlərinin təşkilatçılığı ilə heyvandarlıq sahəsində fəaliyyət göstərən 20 fermerin Kürdəmirdəki aqroparka
Biznes
128
13 Oktyabr , 2021 15:59
KOBİA 20 fermerin Kürdəmirdəki aqroparka infoturunu təşkil edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir, Şəmkir-Gədəbəy və Daşkəsən-Göygöl KOB inkişaf mərkəzlərinin təşkilatçılığı ilə heyvandarlıq sahəsində fəaliyyət göstərən 20 fermerin Kürdəmirdəki aqroparka infoturu təşkil olunub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin sahibkarlar 6 rayonu təmsil edib.

İş adamları arasında əməkdaşlığın qurulması, inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi üçün təşkil olunmuş tədbir çərçivəsində sahibkarlar əkin sahəsində və heyvandarlıq kompleksində olublar. Mütəxəssislər onları müxtəlif interaktiv üsullarla heyvandarlıq komplekslərinin avtomatlaşdırılması, heyvanların sağlamlığına, qidalanmasına, hərəkətliliyinə və südün keyfiyyətinə nəzarəti təmin edən xüsusi elektron sistemlə tanış ediblər. ştirakçılar cins heyvanların düzgün saxlanılması və onlara qulluqla bağlı məlumatlandırılıblar.

Tədbir çərçivəsində həmçinin, Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzində “KOB-ların klasterləşməsi” mövzusunda təlim keçirilib. Sahibkarlara “KOB klaster” anlayışı, heyvandarlıq sahəsində klasterlərin yaradılması, onun səmərəliliyi, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər barədə məlumat verilib. Bundan başqa, maliyyə resurslarına çıxış, çevik idarəetmə sistemi və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi ilə biznesin inkişaf etdirilməsi, rəqabətqabiliyyətliyin artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi yolları izah olunub, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi