KOBİA sədri: "Qadın məşğulluğunun artırılması üçün biznes inkubatorların yaradılmasına dəstək veririk"

KOBİA sədri: "Qadın məşğulluğunun artırılması üçün biznes inkubatorların yaradılmasına dəstək veririk" İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların inkişafı, təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması məqsədi ilə müvafiq dəstək mexanizmləri yaradılacaq.
Biznes
21 İyun , 2019 13:22
KOBİA sədri: Qadın məşğulluğunun artırılması üçün biznes inkubatorların yaradılmasına dəstək veririk

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların inkişafı, təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması məqsədi ilə müvafiq dəstək mexanizmləri yaradılacaq.

“Report”un məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Qadın sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatdan keçmiş fərdi sahibkarların, təxminən, 20 faizini qadınlar təşkil edir: “Hazırda qlobal səviyyədə qadın sahibkarların sayı artmaqdadır. Təkcə ötən il 163 milyon qadın öz biznesini açıb. Bununla belə, qadın sahibkarlar öz bizneslərinin genişləndirilməsində bir sıra problemlərlə qarşılaşırlar. Ona görə də KOBİA tərəfindən kənd yerlərində qadın məşğulluğunun artırılması üçün təşkilati modellər, biznes inkubatorların yaradılmasına dəstək veriləcək”.

Son xəbərlər

Orphus sistemi