Gələcəkdə Kiçik və Orta Biznesə Dəstək Fonduna xarici investorlar da cəlb ediləcək

Gələcəkdə Kiçik və Orta Biznesə Dəstək Fonduna xarici investorlar da cəlb ediləcək Gələcəkdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılan Kiçik və Orta Biznesə Dəstək Fondunda xarici investorlar da iştirak edə biləcək.
Biznes
13 İyun , 2019 17:53
Gələcəkdə Kiçik və Orta Biznesə Dəstək Fonduna xarici investorlar da cəlb ediləcək

Gələcəkdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılan Kiçik və Orta Biznesə Dəstək Fondunda xarici investorlar da iştirak edə biləcək.

Bunu “Report”a açıqlamasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, Agentliyin nəzdində Kiçik və Orta Biznesə Dəstək Fondu yaradılıb: “Bu Dəstək Fondunun artıq funksional mexanizmi işlənilir. Fondun nizamnaməsi təsdiq olunandan sonra, Fond tam fəaliyyət göstərəcək”.

Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. 

Son xəbərlər

Orphus sistemi