Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club əməkdaşlığı genişləndirir Bakı. 11 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərini qəbul edib.
Biznes
11 İyun , 2018 16:17
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və Caspian European Club əməkdaşlığı genişləndirir
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərini qəbul edib.

“Report” xəbər verir ki, görüş zamanı birgə əməkdaşlıq imkanları, “Caspian European Club”un fəaliyyəti, həmçinin kiçik və orta biznesin inkişafı üzrə birgə planlar müzakirə olunub. O.Məmmədov Agentlik tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni strategiyanın həm maddi, həm də təşkilati baxımdan kiçik və orta biznes nümayəndələrinin mövqeyinin möhkəmlənməsinə imkan yaradacağından əminliyini ifadə edib.

Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupunun yaradılması qərara alınıb.

O.Məmmədov bildirib ki, Agentlik tərəfindən xüsusi treninqlərin təşkili planlaşdırılır. Həmin treninqlər kiçik və orta biznes nümayəndələrini qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandıracaq, onların səmərəli fəaliyyəti üçün bilik və bacarıqlarının artırılmasına yönələcəkdir.

T.Əliyev birgə tərəfdaşlığın Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişafına imkan yaradacağına ümid bəslədiyini bildirib və “Caspian European Club”un da öz növbəsində Agentliklə səmərəli əməkdaşlıq üçün səylərini əsirgəməyəciyini deyib.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi