Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqlayıb İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) cəmi aktivləri bu il yanvarın 1-nə 3,555 milyon manat, o cümlədən uzunmüddətli aktivləri 1,166 milyon manat, qısamüddətli aktivləri isə 2,39 milyon manat təşkil edib.
Biznes
105
6 May , 2019 17:25
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi maliyyə hesabatını açıqlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) cəmi aktivləri bu il yanvarın 1-nə 3,555 milyon manat, o cümlədən uzunmüddətli aktivləri 1,166 milyon manat, qısamüddətli aktivləri isə 2,39 milyon manat təşkil edib.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, Agentlik hesabat tarixinə 21 min manatlıq cəmi öhdəliklərə, 3,534 milyon manatlıq cəmi kapitala, o cümlədən 5 milyon manatlıq nizamnamə kapitalına malik olub.

Fəaliyyətə başladığı 2018-ci ildə KOBİA-nın gəlirləri 126 min manat, istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 16 min manat, işçi heyəti üzrə xərcləri 1,102 milyon manat, digər əməliyyat xərcləri isə 474 min manat təşkil edib. Son nəticədə Agentlik ötən ili 1,466 milyon manat zərərlə başa vurub.

Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. 

Son xəbərlər

Orphus sistemi