Bakı. 28 noyabr. REPORT.AZ/ “Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən qeydiyyat sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində, ölkədə daşınmaz əmlak sisteminin avtomatlaşdırılması ilə bağlı bir sıra işlər görülməkdədir”. “Report” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov jurnalistlərə açıqlamasında deyib.
Komitə sədrinin sözlərinə görə elektron hökumətə keçidlə bağlı Daşınmaz Əmlakın idarəçiliyi və qeydiyyatı sistemi elektron formata keçidi ilə bağlı da yeniliklər olacaq və əsas məqsəd vətəndaş məmur təmasını azaltmaqdır: “Bu işlər yaxın vaxtlarda başa çatacaq. Beləliklə, Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyatı sistemi tam elektron formada fəaliyyət göstərəcək. Bu da vətəndaşlara elektron formatda xidmətin göstərilməsi üçün hazırlanıb. Əsas məqsəd isə məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsindən, qeydiyyat sistemində şəffaflığın artırılmasından ibarətdir”.
Kərəm Həsənov sölərinə görə yeni İT mərkəz istifadəyə veriləcək ki, burada da ölkədə olan bütün daşınmaz əmlak qeyd ediləcək: “Avtomatlaşdırılmış İnformasiya Sistemi bazası da bu mərkəzdə qurulması prosesi gedir. Gələn il bu mərkəzin tikintisini başa çatdıracağıq. Ölkədə mövcud olan daşınmaz əmlakla bağlı bütün işlər bu mərkəzdə olacaq. Hətta əmlaklarla bağlı bütün məlumatlar canlı olaraq bu bazada toplanacaqBiz paralel olaraq Şamxıda da İnformasiya Mərkəzinin tikintisini aparırıq. Bu tikinti işləri də gələn il başa çatacaq. Yaxın zamanlarda daşınmaz əmlakın idarəetmə sisteminin bütün ölkədə qurulmasına başlanacaq”.