Kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycan və Takicistan idxal-ixrac əməliyyatlarının həcmini artırmalıdır”

Kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycan və Takicistan idxal-ixrac əməliyyatlarının həcmini artırmalıdır” “Azərbaycanla Tacikistan arasında qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir”.
Biznes
18 Sentyabr , 2019 10:04
Kənd təsərrüfatı nazirinin müavini: “Azərbaycan və Takicistan idxal-ixrac əməliyyatlarının həcmini artırmalıdır”

“Azərbaycanla Tacikistan arasında qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan-Tacikistan aqrobiznes forumunda Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O həmçinin bildirib ki, iki ölkə idxal-ixrac əməliyyatlarının həcmini artırmaq istiqamətində çalışmalıdır: “Tacikistanda elə məhsullar ola bilər ki, Azərbaycana idxalı, Azərbaycanda elə məhsullar ola bilər ki, Tacikistana ixracı əhəmiyyətli ola bilər. Həmin məhsulları müəyyən etmək lazımdır”.

Nazir müavini həmçinin Azərbaycanda aqrar sektorun inkişaf etdiyini, bu ilin I yarısında bu sahədə 13% artım olduğunu, hökumətin kənd təsərrüfatının inkişafına böyük diqqət göstərdiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi