JTI şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

JTI şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib Japan Tobacco International (JTI) şirkəti ölkədə COVID-19 virusuna qarşı səyləri dəstəkləmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 min manat ianə köçürüb.
Biznes
155
10 Aprel , 2020 15:07
JTI şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Japan Tobacco International (JTI) şirkəti ölkədə COVID-19 virusuna qarşı səyləri dəstəkləmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 min manat ianə köçürüb.

“Cey Ti Ay Kaukasus” MMC-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a bildirilib ki, pandemiya şəraitində JTI şirkəti Azərbaycanda Korporativ Sosial Məsuliyyət layihələrini də davam etdirir. 

Şirkət Milli QHT Forumu vasitəsilə su təminatı layihələri, “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyinin dəstəyi ilə isə aztəminatlı ailələrə aylıq ərzaq yardımı proqramı həyata keçirir. 2014-cü ildən bəri həyata keçirilən 12 su təchizatı layihəsi nəticəsində 50 000-ə qədər vətəndaş təmiz içməli su il təmin edilib. Ərzaq proqramı çərçivəsində isə hər ay 200-ə yaxın ahıl və tənha insan, əlilliyi olan şəxs əsasən evlərinə çatdırılmaqla ərzaq yardımı alır.

Son xəbərlər

Orphus sistemi