JTI şirkəti Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib

JTI şirkəti Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib Şirkət Azərbaycan, Avropa və Asiya-Sakit Okean regionunda mükəmməl iş şəraitinə görə fərqlənib
Biznes
16 mart 2017 07:30
JTI şirkəti Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib

Bakı. 16 mart. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin işçilər üçün yaratdığı mükəmməl iş şəraiti bir daha təsdiqlənib.

Şirkətdən “Report”a bildirilib ki, Ən Yaxşı İşəgötürənlər İnstitutu (Top Employers Institute) tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri şirkətin əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir. JTI Azərbaycan əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək, Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2017-ci il üçün müstəsna olaraq Ən Yaxşı İşəgötürən Mükafatına layiq görülüb.

JTI şirkəti olaraq uzunmüddətli perspektivi nəzərdə tutaraq əməkdaşlarımıza sərmayə qoyuruq. Biz öz işçilərimizə inkişaf etmək və təkmilləşmək üçün imkanlar yaratmaqla yanaşı, onların nailiyyətlər qazanmasını təmin edəcək iş mühiti təklif edirik. Bu yanaşma "Top Employers Institute" tərəfindən bir daha təsdiq edildiyindən, habelə Qafqaz regionunda Ən Yaxşı İşəgötürən statusuna malik olan yeganə şirkət olduğumuzdan qürur duyuruq”, - deyə "JTI Caucasus” şirkətinin baş direktoru Pol Holovey qeyd edib.

"Top Employers Institute" tərəfindən hər il keçirilən araşdırma dünyanın aparıcı işəgötürənlərini öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən, işəgötürmə üsullarını davamlı olaraq optimallaşdırmağa çalışan şirkətlər kimi müəyyən edir.

"Top Employer Institute" JTI şirkətinin Azərbaycanda işçilər üçün yaratdığı şəraiti istedadların idarə edilməsi strategiyası, işçi qüvvəsinin planlaşdırılması, yeni işçilərin uyğunlaşdırılması, təlim və inkişaf, fəaliyyətin idarə edilməsi, liderliyin inkişafı, karyera və əvəzetmənin idarə edilməsi, mükafatlandırma və bonuslar, korporativ mədəniyyət kimi meyarlar əsasında qiymətləndirib.

“Bizim hərtərəfli araşdırmamız JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin bütün dünyada əmək şəraitini yaxşılaşdıran seçilmiş işəgötürən qrupuna aid olduğunu müəyyən edib. Şirkət əməkdaşlarına yüksək səviyyəli qayğı göstərilir. “Ən Yaxşı İşəgötürən 2017” sertifikatına layiq görüldükləri üçün onlar artıq özlərini həqiqətən dünyanın ən yaxşı işəgötürənlərindən ibarət qrupun lideri hesab edə bilərlər. Bu, qeyd olunacaq bir hadisədir”, - deyə "Top Employers Institute"un baş icraçı direktoru David Plink bildirib.

JTI şirkətinin Azərbaycanda 65 yerli işçisi var. Azərbaycanda fəaliyyət göstərən “Ən Yaxşı İşəgötürən” statusuna layiq görülməklə yanaşı, JTI bir daha Avropa və Asiya-Sakit Okean regionu üzrə “Ən Yaxşı İşəgötürən” mükafatı ilə təltif edilib.

Qeyd edək ki, JTI şirkəti aparıcı beynəlxalq tütün məhsulları istehsalçı olaraq “Japan Tobacco” Şirkətlər Qrupunun üzvüdür. Baş qərargahı Cenevrədə (İsveçrə) olan və 120-dən artıq ölkədə fəaliyyət göstərən JTI şirkətinin bütün dünya üzrə təxminən 26 min işçisi var. Şirkətin 2015-ci ildə əsas gəlirləri 10,3 mlrd. ABŞ dolları (www.jti.com) təşkil edib.

"Top Employers Institute" qlobal müstəvidə işəgötürənlərin öz işçiləri üçün yaratdığı şəraitin mükəmməlliyini təsdiqləyir. Optimal əmək şəraiti işçilərin özlərini fərdi və peşəkar olaraq inkişaf etdirməsini təmin edir. Bu da öz növbəsində daim şirkətlərin böyüməsi və inkişafı üçün imkanlar yaradır. Baş qərargahı Hollandiyada olan və əvvəllər CRF İnstitutu kimi tanınan qurum, 1991-ci il tarixindən etibarən Ən Yaxşı İşəgötürənləri müəyyən edir.

Son xəbərlər

Orphus sistemi