JTI şirkəti Azərbaycanda 9-cu su təchizatı layihəsini həyata keçirib

JTI şirkəti Azərbaycanda 9-cu su təchizatı layihəsini həyata keçirib Bakı. 6 aprel. REPORT.AZ/ “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
Biznes
6 Aprel , 2018 16:05
JTI şirkəti Azərbaycanda 9-cu su təchizatı layihəsini həyata keçirib

Bakı. 6 aprel. REPORT.AZ/ “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. 

“Report”a daxil olan məlumata görə, sayca 9-cu olan layihə Ağcabədi rayonunun Pərioğullar kəndində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib.

Layihənin açılış mərasimində çıxış edən icra hakimiyyətinin nümayəndəsi Səfər Səfərov və MQF-nin prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin Ağcabədi rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Şirkətin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev isə layihənin uğurla icra edildiyini qeyd edərək belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, təxminən, üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. 

İndiyə qədər JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan və Ağdam rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 30 mindən çox adam təmiz içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi