İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək Avqustun 12-də KOBİA-nın təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək
Biznes
186
10 Avqust , 2020 13:29
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

 Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.

Onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Qeyd edək ki, xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər: https://bit.ly/31v2wnQ

Son xəbərlər

Orphus sistemi