İtaliyada yerləşən dünyanın ən bahalı evi hərraca çıxarılır

İtaliyada yerləşən dünyanın ən bahalı evi hərraca çıxarılır Gələn ilin yanvar ayında İtaliyanın paytaxtı Romada yerləşən, 16-cı əsrə aid malikanə (“Villa Aurora” ) 471 milyon avro ilkin satış qiyməti ilə hərraca çıxarılacaq.
Biznes
28 Oktyabr , 2021 16:27
İtaliyada yerləşən dünyanın ən bahalı evi hərraca çıxarılır

Gələn ilin yanvar ayında İtaliyanın paytaxtı Romada yerləşən, 16-cı əsrə aid malikanə (“Villa Aurora” ) 471 milyon avro ilkin satış qiyməti ilə hərraca çıxarılacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, dünyanın ən bahalı evidir.

Xarici görünüşü elə də cəlbedici olmayan malikanə daxilən çox zəngindir. Belə ki, onun divarlarında bir sıra rəssamların əsərləri var. Bunlardan ən önəmlisi məşhur rəssam Karavacconun evin I mərtəbəsində çəkdiyi freskadır.

Xatırladaq ki, “Villa Aurora”dan sonra dünyanın II ən bahalı evi Honq-Konqda yerləşən və 2017-ci ildə 361 milyon dollara satılmış 8 mərtəbəli binadır.

Son xəbərlər

Orphus sistemi