İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq İsveçrə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədir.
Biznes
14 dekabr 2022 12:19
İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

İsveçrə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer bildirib.

"Son illər İsveçrə Azərbaycanın qeyri-neft sektoruna fəal şəkildə sərmayə yatırır. Biz ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsini, investisiyaların artırılmasını hədəfləyirik", - deyə o qeyd edib.

Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərinin müşaviri Zöhrab Qədirov isə bildirib ki, Azərbaycanın İsveçrəyə qeyri-neft ixracında əsas yeri fındıq tutur.

"Biz İsveçrə ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. İsveçrə şirkətlərini Qarabağa sərmayə yatırmağa dəvət edirəm", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi