İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başlayıb Bu gün Türkiyənin İstanbul şəhərində 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.
Biznes
8 İyul , 2021 12:47
İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

Bu gün Türkiyənin İstanbul şəhərində 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, sabah başa çatacaq tədbiri Azərbaycanın dəstəyi ilə, "Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi" təşkil edib.

Koronavirus (COVID-19) pandemiyasına görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı Zirvədə rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, sabiq dövlət və hökumət başçıları təmsil olunur.

Tədbirdə ilk öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıın adından məktublar oxunub. Məktubları Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım oxuyub.

Daha sonra "Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi"in sədri Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvəsinin qarşıya qoyduğu vəzifələrdən danışıb.

Tədbir çərçivəsində təşkil olunacaq 6 paneldə əyani və onlayn müzakirələr əsasında inkişafa mane olan qlobal problemlər, onların düzgün həlli yollarının tapılması müzakirə ediləcək. O cümlədən bu gün keçiriləcək 2-ci panel Avropa-Qafqaz-Asiya və Şimal-Cənub Nəqliyyat Dəhlizləri əsasında Prezident İlham Əliyevin iyulun 1-də təməlini qoyduğu Ələt Azad İqtisadi Zonasına həsr olunub.

Bundan başqa, zirvə çərçivəsində bir neçə təqdimat keçiriləcək.

Son xəbərlər

Orphus sistemi