İqtisadiyyat Nazirliyində polietilen torbalarla bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində polietilen torbalarla bağlı müzakirələr aparılıb İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, eləcə də, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi
Biznes
1 İyun , 2022 11:09
İqtisadiyyat Nazirliyində polietilen torbalarla bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, eləcə də, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil. Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi