İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısı alınıb

İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısı alınıb Dövlət Gömrük Komitəsi avtomobildə narkotik vasitə və güclü təsir edən maddə aşkar edib
Biznes
3 Dekabr , 2022 12:06
İrandan Türkiyəyə narkotik vasitənin aparılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsi avtomobildə narkotik vasitə və güclü təsir edən maddə aşkar edib.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İrandan Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb.

Yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə-həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.

Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə - marixuana aşkar olunub.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi