İrandan avtomobillərdə gizlədilərək ölkəyə gətirilən siqaretlər aşkar edilib

İrandan avtomobillərdə gizlədilərək ölkəyə gətirilən siqaretlər aşkar edilib Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz  yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Biznes
11 Aprel , 2022 12:22
İrandan avtomobillərdə gizlədilərək ölkəyə gətirilən siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7 600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi