İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb

İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara bildirişlər göndərilir
Biznes
587
8 İyul , 2020 18:53
İqtisadiyyat Nazirliyi istehlakçılara bildirişlər göndərməyə başlayıb
Report

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdən olduğunu istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Belə ki, “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.