İqtisadiyyat nazirinin müavini: "İdxaldan asılılığımız həmişə olacaq"

İqtisadiyyat nazirinin müavini: "İdxaldan asılılığımız həmişə olacaq" Azərbaycanın məhsul idxalından asılılığı həmişə olacaq.
Biznes
7 İyun , 2023 15:46
İqtisadiyyat nazirinin müavini: İdxaldan asılılığımız həmişə olacaq

Azərbaycanın məhsul idxalından asılılığı həmişə olacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"Biz sadəcə hansısa məhsulla bağlı idxalı azalda bilərik, amma tam aradan qaldıra bilmirik. Bunun bir neçə səbəbi var. Əgər biz hər hansı məhsulu əvvəlcə Ukrayna və Rusiyadan alırdıqsa, indi həmin məhsulu Brazilyadan alırıq. Bu da qiymətlərin artmasına şərait yaradır",-deyə o qeyd edir.

Son xəbərlər

Orphus sistemi