İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağcabədi şəhərində Zərdab və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
Biznes
24 fevral 2023 13:41
İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ağcabədi şəhərində Zərdab və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report" nazirliyə istinadən xəbər verir.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi