IMF 2025-ci ildə qlobal ticarətin artım tempinin azalacağını proqnozlaşdırır

IMF 2025-ci ildə qlobal ticarətin artım tempinin azalacağını proqnozlaşdırır Qlobal ticarətin həcminin artım tempi 2025-ci ildə illik ifadədə 1,7 %-ə qədər azalacaq.
Biznes
22 aprel 2025 18:25
IMF 2025-ci ildə qlobal ticarətin artım tempinin azalacağını proqnozlaşdırır

Qlobal ticarətin həcminin artım tempi 2025-ci ildə illik ifadədə 1,7 %-ə qədər azalacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında növbəti hesabatında bildirilib. Bu, yanvar qiymətləndirməsindən 1,5 faiz bəndi aşağıdır.

Hesabata əsasən, 2026-cı ildə bu göstərici 2,5 % artacaq, bu isə IMF-in yanvar proqnozundan 0,8 faiz bəndi aşağıdır.

"Baza proqnozuna görə, 2025-cı və 2026-cı illərdə ticarət siyasətindəki qeyri-müəyyənliyin nisbətən yüksək səviyyədə qalacağı ehtimal olunur", - IMF hesab edir.

Orphus sistemi