Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq standartlara uyğunlaşdırması üçün normativ hüquqi aktlarla bağlı layihələr hazırlanıb.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, malın mənşə ölkəsinin müəyyən edilməsi sahəsində ekspertizanın aparılması və mənşə sertifikatının verilməsi sahəsində normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktlar layihələri hazırlanmaqla aidiyyəti üzrə təqdim edilib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda “Texniki tənzimləmə haqqında” və "Standartlaşdırma haqqında" qanunları qəbul edilib: “Hazırda həmin qanunlardan irəli gələn bir sıra normativ hüquqi aktlar qəbul edilib. Bəzilərinin üzərində isə iş aparılır”.