İki xəstəxana binasının inşasının davam etdirilməsinə 16 milyon manat xərclənəcək

İki xəstəxana binasının inşasının davam etdirilməsinə 16 milyon manat xərclənəcək Səhiyyə Nazirliyi Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Biznes
114
10 Sentyabr , 2021 14:34
İki xəstəxana binasının inşasının davam etdirilməsinə 16 milyon manat xərclənəcək

Səhiyyə Nazirliyi Sumqayıt şəhərində və Samux rayonunda mərkəzi xəstəxana binalarının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Palma İnşaat" MMC və "Fərid İnşaat" Firmasıdır.

Qalib şirkətlərə müvafiq olaraq 9,123 milyon manat və 6,945 milyon manat, ümumilikdə 16,068 milyon manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi