İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri birgə tədqiqat apara bilər

İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri birgə tədqiqat apara bilər Vüsal Qasımlı: “Zəngəzur dəhlizi ilə bağlı tədqiqatların aparılması Azərbaycan və Koreyanın maraqlarına xidmət edir”
Biznes
3 İyun , 2021 11:08
İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri birgə tədqiqat apara bilər
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Tonq Op arasında görüş keçirilib.

Bu barədə “Report” İİTKM-ya istinadən xəbər verir.

Görüşdə Vüsal Qasımlı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində tədqiqatlar və monitorinq və qiymətləndirmə fəaliyyəti barədə səfirə ətraflı məlumat verdi.

Səfir Kim Tonq Op iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd etdi və İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətlə icra olunduğunu bildirdi. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Koreya İnkişaf Agentliyi (KDİ), Koreya Beynəlxalq İnkişaf Agentliyi (KOİCA) kimi Koreyanın aparıcı beyin mərkəzləri ilə İİTKM arasında birgə tədqiqat və layihələrin həyata keçirilməsi üçün səfirliyin dəstəyinin davam etdiriləcəyinə əmin etdi.

Vüsal Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğuladı və hər iki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığının daha da genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd etdi. Bu istiqamətdə də birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olundu.

Sonda qonağa “Doing Business 2020” islahatları və “Stratji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirmə” nəticələri və Mərkəzin 5 illik yubileyinə dair icmallar təqdim olundu.

Son xəbərlər

Orphus sistemi