İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş olub

İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş olub İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib.
Biznes
13 Noyabr , 2020 16:03
İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib.

“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, səfirliyin nümayəndələrinə İİTKM-in innovativ layihələri, o cümlədən Azexport.az portalı, "EnterpriseAzerbaija"n portalı, Rəqəmsal Ticarət Qovşağı, Azerp.com portalı və digər layihələr təqdim olunub.

Görüş zamanı İsrail rezidentlərinin Rəqəmsal Ticarət Qovşağı (RTQ) üzərindən Azərbaycana sərmayə yatırması imkanları haqqında danışılıb. Eyni zamanda yerli məhsulları dünya bazarına çıxaran Azexport.az portalı ilə İsrailin e-ticarət platformalarının əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin EnterpriseAzerbaijan portalında olan startapların İsrail investorlarına təqdim olunması barədə razılıq əldə olunub.

İİTKM ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq və bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra səfirliyin nümayəndələri "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə də tanış olub. Onlara "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan xidmətlər barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi