İİTKM: "Biznes mühitinin daha da yaxşılaşdırılması ölkəyə idxalı artırıb"

İİTKM: "Biznes mühitinin daha da yaxşılaşdırılması ölkəyə idxalı artırıb" Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyalar, biznes mühitinin daha da yaxşılaşdırılması idxalın artması ilə nəticələnib.
Biznes
11 May , 2022 14:23
İİTKM: Biznes mühitinin daha da yaxşılaşdırılması ölkəyə idxalı artırıb

Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyalar, biznes mühitinin daha da yaxşılaşdırılması idxalın artması ilə nəticələnib.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bəyan edib.

"Habelə, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyası tikinti-inşaat işlərində istifadə edilən aralıq və son istehlak məhsulları, həmçinin texnologiya tutumlu məhsullar idxalı da xarici ticarət dövriyyəsinin artmasına səbəb olub. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən məhsulların dəyəri 15 % artaraq 4,1 milyard ABŞ dolları təşkil edib. İdxal edilən yeyinti məhsulları ümumi idxalın 17,3 % təşkil edib. İdxal edilən məhsulların strukturuna baxdıqda əsas hissəni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutub. Sözügedən istiqamət üzrə idxalın çox olmasının əsas səbəbi aşağı, orta və yüksək texnoloji məhsulların bir qrupda cəmlənməsi ilə birbaşa bağlıdır. Başqa sözlə, iqtisadiyyatın bütün sektorları üçün tələb edilən kapital tutumlu məhsullar, habelə, vətəndaşlar tərəfindən ev şəraitində istifadə olunan avadanlıqların hər biri bu qrupda cəmləşib. Müxtəlif sinifli texnologiya məhsullarının və onların avadanlıqlarının ümumi idxalda payı 25 % təşkil edib. Digər məhsulların strukturunu təhlil etdikdə isə əsasən tikinti-inşaat məqsədli məhsulların üstünlük təşkil etdiyi ehtimal etmək mümkündür. Xüsusilə, oduncaq və ondan hazırlanan məhsullar, qara metallar, plastmassa və onlardan hazırlanan məhsulların böyük hissəsi tikinti sektoru, digər hissəsi isə yerli istehsalda aralıq məhsul kimi istifadə edilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi