II Respublika İnnovasiya müsabiqəsi keçiriləcək

II Respublika İnnovasiya müsabiqəsi keçiriləcək Bakı. 8 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.
Biznes
8 May , 2018 17:16
II Respublika İnnovasiya müsabiqəsi keçiriləcək
Report
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.

"Report" Nazirliyə istinadən xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, "ASAN Xidmət"in, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Komissiyaya üzv olan nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Komissiyanın sədri, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi istiqamətində innovasiyanın əhəmiyyətindən danışıb, 2017-ci ilin dekabr ayında nəticələri elan olunan I Respublika İnnovasiya Müsabiqəsinə təqdim edilən layihələrin prioritetliyini və iclasda müzakirə olunacaq məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimovun I Respublika İnnovasiya Müsabiqəsinin nəticələri, keçirilməsi nəzərdə tutulan II Respublika İnnovasiya Müsabiqəsinin prioritet istiqamətləri və müsabiqə şərtləri barədə təqdimatı dinlənilib.

İclasda Komissiya üzvlərinin rəy və təklifləri əsasında qiymətləndirmə, müsabiqə sahələri və prioritet istiqamətlərin müəyyən olunması, bu ilin may ayında II Respublika İnnovasiya müsabiqəsinin elan olunması və bununla bağlı müvafiq təşkilati tədbirlərin görülməsi qərara alınıb.

Qeyd: “Respublika İnnovasiya Müsabiqəsi” Komissiyası Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin icrasına dəstək məqsədilə hər il keçirilməsi nəzərdə tutulan innovasiya müsabiqəsinə təqdim edilən layihələrin qiymətləndirilməsi üçün iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmışdı. Komissiyanın tərkibinə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri daxildir. 

Son xəbərlər

Orphus sistemi