II Maliyyə və İnvestisiya Forumunda dövlət və özəl sektordan 15 yerli və xarici spiker təcrübəsini bölüşəcək

II Maliyyə və İnvestisiya Forumunda dövlət və özəl sektordan 15 yerli və xarici spiker təcrübəsini bölüşəcək Tədbir “Rəqəmsal Biznes Trendlər” devizi altında baş tutacaq
Biznes
9 Aprel , 2018 11:17
II Maliyyə və İnvestisiya Forumunda dövlət və özəl sektordan 15 yerli və xarici spiker təcrübəsini bölüşəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda mayın 5-də Azərbaycanın aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə keçiriləcək II Maliyyə və İnvestisiya Forumunun spikerləri artıq elan edilib. 

Bu barədə “Report”a təşkilatçılar məlumat veriblər.

Məlumata görə, forum “Rəqəmsal Biznes Trendlər” devizi altında keçirilir. Spikerlər dövlət orqanları və özəl biznes subyektlərini təmsil edir. Dövlət orqanlarından forumda Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edilir. Eyni zamanda İsveç və Kiprdən də xarici spikerlər çıxış edəcək. Ümumilikdə FİF2018-də çıxış edəcək spikerlərin siyahısı isə aşağıdakı kimidir:

I PANEL: İnvestisiya Strategiyaları
Açılış nitqi Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Moderator Niyazi Abbasov Baker Tilly
Spiker Efe Ezer Societe Generale Bank
Spiker Tolga Kotan SOCAR
Spiker Yaqub Rəhimov 7Marketz Group Inc
Spiker Emin Vəliyev Keepface
Sual-Cavab
II PANEL: Vergi siyasəti və mühasibat uçotu
Moderator Emin İsmayılov ANC Group
Spiker Nicat İmanov Vergilər Nazirliyi
Spiker Nərmin Hacıyeva Baker Tilly
Spiker Müşfiq Əliyev KPMG
Spiker Emin Səttarov SM Consulting
III PANEL: Maliyyələşmə Strategiyaları
Moderator Vüqar Axundov PwC
Spiker Orxan Məmmədov AtaSığorta
Spiker Aydın Hüseynov AFB Bank
Spiker Xəyalə Nağıyeva Paşa Bank
Spiker Taleh Nəhmədov Maliyyə Bazarlarına Nəzarət Palatası

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru “AtaSığorta” ASC, bank sponsoru isə AFB Bank-dır.

Youth Event Solution, Digitello, Synergy Partnership, Logix, Antaris, SM Consulting, NNA Academy, BrendMedia, LİB, Qmeter, Lime Catering, Rahat Market eyni zamanda foruma dəstək olan şirkətlərdir.

Forumda iştirak üçün ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.

Maliyyə və İnvestisiya Forumu ildə bir dəfə keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi